Blogran

“Müasir BLOG”

Archive for Fevral 20th, 2008

Google-də bilinməyən link

Google-də gəzişəndə qarşıma bir link çıxdı. Nə olar deyə maraqlandım vuranda isə qarşıma maraqlı bir yazılarla Google-nin ana səhifəsi gəldi. Mən bir şey aça bilmədim. Siz bir şey anlaya bilsəniz şərhlərdə bildirin.

http://www.google.com/intl/xx-hacker/

  • 1 Comment
  • Filed under: Google
  • Ən yaşlı nənə QAZAX-dadı

    Mix.az blogunda bir yazı yazılıb bu gün. Xəbərə görə dünyanın ən yaşlı adamı 120 yaşında Norveçdədir. Amma sizə bir söz deyim yəqin o statistikanı ölçənlər Azərbaycanın Qazax rayonunda yaşayan Fizzə nənəni tanımırlar. Çunki Fizzə nənənin 125 yaşı var. Məndə Nurlanın blogunda görmüşəm. Onda gərək statistika hesablayanları Azərbaycana dəvət edək.

  • 1 Comment
  • Filed under: Havadan sudan
  • image002.jpgAvropanın cənubunda Ağdənizə uzanmış bir yarımada olan İtaliya tarixi abidələrlə dolu bir ölkədir. 301 min 323 km sahəsi və 56 milyon 960 min əhalisi ilə Almaniya, Fransa və İngiltərə ilə birlikdə Avropanın ən böyük dörtlüyü içində yer alır. Sərhəd qonşuları İsveçrə, Fransa, və Sloveniyadır. Ən önəmli şəhərləri Milan, Genoa, Torino, Florensiya, Roma, Napoli və Palermodur.

    Coğrafiyası

    İtaliya təkcə yarımadadan ibarət deyildir. Siciliya və Sardiniya adlı iki böyük adası da var. Siciliya İtaliyanın Cənubunda yerləşən və bütün dünyada tanına böyük, gözəl bir adadır. (more…)

    globus.gifArtıq bu gündən etibarən Blogran-da yeni bir bölmə açıram. Bu bölmədə dünya ölkələri haqda məlumatlar yerləşdiriləcək. Və həmin ölkələrin Əhalisi, İqlimi, Cöğrafiyası, Mədəniyyəti və digər məlumatlar yerləşdiriləcək. Bu ölkələr haqda sizində fikirlərinizi bilmək çox maraqlı olardı. Onun üçün ölkələr haqda fikirlərinizi bilmək istəyərdim. Həftədə bir ölkə haqda yazı olacaq.

    Axtarış motorlarına qeydiyyat

    Saytınızın reytingini qaldırmaq istəyirsiniz? Pagerank-ını yüksəltmək istəyirsiniz? Onda bu sayt tam sizə görədir. Verilən xanaya saytınızın URL-ini yazmaqla yüzlərlə axtarış motoruna bir saniyədə qeydiyyat olursunuz. Və verilən html kodu səhifənizə yerləşdirməklə saytınızın Pagerankını hər gün isləyə bilərsiniz.  Buradan saytınızı qeydiyyat edə bilərsiniz.

  • 0 Comments
  • Filed under: Webmaster