“Müasir BLOG”
23 Fev
Fərz edin ki dünya ətrafında qərb yönündə uçursunuz. Saat qurşağı ekvatorda biraz daha artıq olduğundan məsafə 1000 mil-in biraz üstündədir.. Amma ortalama olaraq 1000 mil/saat yəni 1609km/saat sürətlə gedən bir təyyarə ilə uçurux deyəkki. Günorta vaxtı 12:00-da yola başlasaq saat 12:59-da digər saat qurşağına keçmiş olacayıq və saat orada yenə 12:00 olduğunu göstərəcək.
Bu şəkildə uçuşu davam etdirsək saat elə 12:00 olaraq qalacaq, həmişə 12:00 qalacaq. Günəşə görə mövqeyimizi fikirləşsək dünyanın fırlanma sürəti ilə eyni sürətdədir amma tərs yöndə uçmuş oluruq və göyüzünü izlədiyimizdə günəşin göyüzündə elə həmişə eyni yerdə dayandığını görəciyik.
Bəs yaxşı əyər təyyarəmiz günlərcə, və hətta həftələrcə eyni şəkildə uçabilsəydi? Eyni zamanda sonsuza qədər qala bilərdikmi?
Yox. Günün həmişə eyni saatını yaşayardıq yəni günlərcə saat 12:00-də günəşin dik olduğunu yerdə yaşayardıq. Amma beynəlxalq saat çizgisinə (şimal qütbündən cənub qütbünə Sakit Okeandan keçən bir çizgidir və Greenwich-ə görə dünyanın tam olaraq arxasından keçir) göre yenə saat 12.00 olduğundan bir gün artmış olacaq.Qısacası həmişə gündüzü yaşayıb saatı izləyərək eyni zamanı yaşamış olacayıq. Amma günlərin dəyişməsinə əngəl ola bilməyəcəyik.
23 Fev

Mobil texnalogiya bazarında yaşanan yeniliklər və sürət kəsmədən böyüyən bazar bərabərində ciddi rəqabət yaranıb artıq. Xüsusilə də hal-hazırda dünyada maşın markaları, və mobil cihazlar arasında gedən yarışmanın sonunu heç kəs deyə bilməz. Belə yarızların sonunu artıq hamımız bilirk. Hər zamankı kimi böyük, güclü şirkətlər kiçik zəyif şirkətləri alaraq öz şəbəkələrinə qataraq onları udurlar. Bu il İspaniyanın Barcelona şəhərində keçirilən mobil cihazlar sərgisinə imzasını atan şirkət yenə də Nokia oldu. Nokianın bu əsrarəngiz modelini sizə təqdim edirik. Hamınıza N96 qismət olsun
:)
23 Fev
Hə yenə şənbə-bazar günü gəldi. Ən sevdiyim günlərdi bu iki gün. Çünki kompyuterimnən ən çox vaxtımı bü iki gündə keçirirəm, geceləri də tez yatıram. Bu iki gündə çalışacam gözəl, maraqlı məlumatlar yerləşdirim Blogran-a. Birdən oturub fikirləşirəm, görəsən bu texnalogiyanın axırı necə olacaq? Çox istəyərdimki 100-illərlə yaşayım bu dünyada heç bir şey eləmiyim, elə təkcə qıraqdan dünyaya baxım, görüm daha necə icadlar olacaq, iş yoldaşım Xətai-nin sözü olmasın “Vaxt gələcək insan təsəvvür elədiyi şeyi yarada biləcək” İnsan çox şey fikirləşə bilir ama hal-hazırda fikirlərdəki şeylər heyatda yoxdu.
23 Fev
23 Fev
Firefox-u 500 milyondan artıq istifadəçi yüklədi
Hələ Sentyabr ayında 400 milyon sərhədini yeni keçən qısa zaman daxilində Firefox istifadəçiləri 500 milyon sərhədini də keçməyi bacardı. Mozilla blog səhifələrində mövzu ilə əlaqədar təbrik mesajları yayımlanaraq bunun Firefox üçün mükəmməl bir kilometrlər yolu olduğuna yer verildi. Firefox 500 milyon sərhədini gözəl bir oyunla qeyd edir. İstifadəçi www.freerice.com adresinə dəvət edən Firefox idarəçiləri buradakı oyunu oynayaraq hərkəsin təbriklərə qatılmasını istədi.
Sayta girdiyinizdə qarşınıza ingiliscə bir kəlimə gəlir və bu kəlimənin sinonimi aşağıdakılardan hansıdır deyə soruşur. Hər doğru cavabınız 20 dənə düyü dənəsinə çevrilir.Yığılan düyülər beynəlxalq quruluşlar tərəfindən aclıqla savaşan insanlara göndərilir.
Yeni Şərhlər