“Müasir BLOG”
26 Fev
Bugün dünyanın ən geniş həcmli virtual ensklopediyası sayılan wikipedia.org saytdında gəzirdim dünya haqqında yeni məlumatlar axtarırdım. Birdən qarşıma Dünya Tarixi kateqoriyası çıxdı, o linke tıkkıldatdım sonra qabağıma tarix ilə əlaqdar çoxlu linklər çıxdı marağımı çəkən bir link gördüm Dünya Miras listesi, oraya da tıkkıldadaraq davam etdim qarşıma bundanda maraqlı bir link çıxdı, Dünya Miras listesi Təhlükə altında olan sahələr, ora tıkkıldadandan sonra nə görsəm yaxşıdı, o boyda ensklopediyada yəni bu boyda dünyada tək bir təhlükə altında olan səhə var o da bilirsiz hara? Yaşadığımız Bakı şəhəri! O kateqoriyada bircə dənə Bakı şəhəri mövcuddur. Təbii ki o linkə vurandan sonra heçdə təhlükə haqqında bir məlumat vermir, təkcə Azərbaycanın Ən yeni Tarixi haqqında bir sıra məlumatlar yerləşdirilib, bir də Aygün Kazımova haqda. Məni maraqlandıran söhbət budur ki, məhz niyə axı Azrbaycanın tarixi haqqında Dünyanın ən Təhlükəli sahəsi bölməsində yer veriblər. Çox maraqlıdı görəsən Haqlıdırlarmı? Nə bilim. Söz sizindi..
26 Fev
Nə qədər yaşım cavan olsa da mənimdə bildiyim birşeylər var. Mən deyim sizdə qulaq asın. Mən 2-3 cü siniflərdə oxuyanda (hardasa 95-96-cı illərdən danışıram) atam, əmim, babam oturub televizorda meyxanaya elə zövqlə, elə maraqla baxırdılarki adam lap o illərə qayıtmaq istəyir. Meyxananın dadı duzu var idi o zamanlar. Bizi o zamanlara qaytaran bir dənə də sayt var Aznet-də. Allah onlara dəyməsin. Görmüşük Meyxana-nı 2 nəfər 3 nəfər deyişmə şəklində deyərlər, söz savaşına çıxarlar, onun da ləzzəti başqadı adama lap ləzət eliyir. Amma üstündən az bir zaman keçəndən sonra artıq Meyxana-nı mahnidan ayırmaq çətin məsələ olubdu, mən şəxsən şəhərdə gedəndə indi adı Meyxana olan mahnı eşidəndə deyirəm MAHNIYA BAX EEE, yoldaşım deyir MAHNI DEYİL EE MEYXANA-dı, Adə belə Meyxana olar? O biri var ee Vahid Qədim o da bir meyxana klipi çəkdirib (köhnə klipdi) Fit-nən Meyxana deyir, Adə Fit-nəndə Meyxana deyərlər? Day indi bu Kliplərə Meyxana adı deməy olmaz bu Meyxana deyil, Mahnı-da deməy olmaz Mahnı da deyil. Bəs yaxşı nədi bu? Meyxana sayağ mahnı yoxsa Mahnı sayağ Meyxana? Yoxsa tamam başqa bir janr-dır. Nəysə mən baş aça bilmirəm, Yenə ANS telekanalının rəhbərliyinin canı sağ olsun, arada bir De Gəlsin programını verir Meyxananı yada salır. Yoxsa o da olmasa bir 5-6 ildən sonra Meyxana deyilən şey qalmıyacaq. Tarixə qarışacaq. De Gəlsin-də maşallah 30 dənə KİA maşının pulunu çıxarır SMS-lərlə qalibə onun birini verir. O qalib də yazıx o KİA-nın qiyməti qədər pulu ANS telestudiyasına geib gəlir benzinə verir. Bəs yaxşı buradan kim qazanır? Bax o sualın cavabını hamımız çox yaxşı bilirik. Sözüm elə burda bitsə yaxşıdı.
26 Fev
Yadınıza gəlirsə BlogRan-da bu barədə söhbət eləmişdim. Bunun üzərinə çox araşdırma elədim, əlimə daha çox məlumat keçdi, artıq kim nə deyir desin, mən inanıram bu balıq adamların varlığına. Şəkilləri də sizinlə paylaşıram davamında daha çox buna oxşar şəkillər var. Şəkillərin üzərinə tıkkıldadaraq böyüdə bilərsiniz.
26 Fev
Yeni Şərhlər