“Müasir BLOG”
27 Mart
Demək olarki gün ərzində dəfələrlə telefona cavab verəndə ALO deyirik. ALO sözü sən demə bir sevgilinin qısaldılmış adı imiş. Onun tam isə Allesandra Lolita Oswaldo-dur. Bu sevimli gənc qız telefonu icad edən A.Graham Bell-in sevgilisiydi. Graham Bell telefonu icad edərkən ilk xətti sevgilisinin evinə çəkmişdi. Öz atelyesində telefon zəng çalanda açar açmaz “Allesandra Lolita Aswaldo” deyirdi. Bell, zaman zaman sevgilisinə adını qısaldaraq xitab etməyə başladı və telefonu hər açışında onu “Ale Lolos” deyə qarşılardı. İşləri uzadıqca Graham Bell, sevgilisinin adını daha da qısaltdı və ona iki hecalı bir ad tapdı. Bu qısa ad “ALO” idi. Allesandra Lolita Oswaldo görübki sevgilisinin telefonu bütün dünyaya yaymaq istəyi ilə onunla az maraqlandığını görərək Graham Bell-i telefonu ilə baş-başa buraxaraq tərk etdi. Qoca Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə telefonunun başından heç ayrılmadı. Kəndə çəkilən telefon xətlərinin sayısı gün keçdikcə artırdı. Graham Bell-ə artıq başqa adamlarda zəng edirdi. Ancaq o telefonun hər zəng çalışında sevgilisi zənn edərək telefonu “ALO” deyərək açırdı. Və artıq hamı “ALO” deyirdi. O günlərdə demək olarki hamı telefonu açanda Alexader Graham Bell-in xatirəsinə hörmət üçün “ALO” deməyə başladı. Bu gün hamımızın “ALO” dediyi sözlüyü bax buradan bu günə uzanır.
18 Mart
Davamında milli pullarımızın şəkilləri mövcuddur.
14 Mart
Deməli internet-də bildiyimiz qədər saytlar rəqabəti 1996-dan basladı təxmini olaraq. Yahoo kimi geniş həcmli bir sayt dünya birincisi olanda hələki Google deyilən bir şey yox idi. Amma indi internet aləminə gələn bir insan Google-ni birinci kimi görür. Yox Google birinci deyil demirəm. Mənə görədə həqiqətəndə birincidir.Keçək davamına görək nə vaxta qədər birinci olacaq?
4 Mart
Corc Bush dayının mail adresini görmüşdünüz? İndi verəcəm görün amma heç kimə deməyin haaa. Görün Corc dayı kimlərlə nə söhbətlər edirmiş. Ay səni Corc dayı. Yerə baxan ürək yaxan buna deyərlər ee. Buraya tıklayaraq mail adresinə gedə bilərsiniz.
26 Fev
Nə qədər yaşım cavan olsa da mənimdə bildiyim birşeylər var. Mən deyim sizdə qulaq asın. Mən 2-3 cü siniflərdə oxuyanda (hardasa 95-96-cı illərdən danışıram) atam, əmim, babam oturub televizorda meyxanaya elə zövqlə, elə maraqla baxırdılarki adam lap o illərə qayıtmaq istəyir. Meyxananın dadı duzu var idi o zamanlar. Bizi o zamanlara qaytaran bir dənə də sayt var Aznet-də. Allah onlara dəyməsin. Görmüşük Meyxana-nı 2 nəfər 3 nəfər deyişmə şəklində deyərlər, söz savaşına çıxarlar, onun da ləzzəti başqadı adama lap ləzət eliyir. Amma üstündən az bir zaman keçəndən sonra artıq Meyxana-nı mahnidan ayırmaq çətin məsələ olubdu, mən şəxsən şəhərdə gedəndə indi adı Meyxana olan mahnı eşidəndə deyirəm MAHNIYA BAX EEE, yoldaşım deyir MAHNI DEYİL EE MEYXANA-dı, Adə belə Meyxana olar? O biri var ee Vahid Qədim o da bir meyxana klipi çəkdirib (köhnə klipdi) Fit-nən Meyxana deyir, Adə Fit-nəndə Meyxana deyərlər? Day indi bu Kliplərə Meyxana adı deməy olmaz bu Meyxana deyil, Mahnı-da deməy olmaz Mahnı da deyil. Bəs yaxşı nədi bu? Meyxana sayağ mahnı yoxsa Mahnı sayağ Meyxana? Yoxsa tamam başqa bir janr-dır. Nəysə mən baş aça bilmirəm, Yenə ANS telekanalının rəhbərliyinin canı sağ olsun, arada bir De Gəlsin programını verir Meyxananı yada salır. Yoxsa o da olmasa bir 5-6 ildən sonra Meyxana deyilən şey qalmıyacaq. Tarixə qarışacaq. De Gəlsin-də maşallah 30 dənə KİA maşının pulunu çıxarır SMS-lərlə qalibə onun birini verir. O qalib də yazıx o KİA-nın qiyməti qədər pulu ANS telestudiyasına geib gəlir benzinə verir. Bəs yaxşı buradan kim qazanır? Bax o sualın cavabını hamımız çox yaxşı bilirik. Sözüm elə burda bitsə yaxşıdı.
24 Fev
Sizə bugün çox maraqlı bir hadisədən danışacam. Biraz keçmişə gedəcəm yəni Birincidir.azeriblog.com blogunu yazdığım zamanlara. Birincidir-i mütamadi olaraq oxuyanlar yəqin görmüş olarlar orada .www.firststeps.az saytı haqqında bir yazı yazmışdım. (Savadı Pulnan Almaq olar!?) Bugün Birincidir-ə baş çəkəndə gördümki həmin yazı haqda şərh yazılıb. Həmin şərh ilə sizi tanış edim sonra mənimdə sözlərim olacaq.
Xahiş edirəm yazını sona qədər oxuyun
23 Fev
Fərz edin ki dünya ətrafında qərb yönündə uçursunuz. Saat qurşağı ekvatorda biraz daha artıq olduğundan məsafə 1000 mil-in biraz üstündədir.. Amma ortalama olaraq 1000 mil/saat yəni 1609km/saat sürətlə gedən bir təyyarə ilə uçurux deyəkki. Günorta vaxtı 12:00-da yola başlasaq saat 12:59-da digər saat qurşağına keçmiş olacayıq və saat orada yenə 12:00 olduğunu göstərəcək.
Bu şəkildə uçuşu davam etdirsək saat elə 12:00 olaraq qalacaq, həmişə 12:00 qalacaq. Günəşə görə mövqeyimizi fikirləşsək dünyanın fırlanma sürəti ilə eyni sürətdədir amma tərs yöndə uçmuş oluruq və göyüzünü izlədiyimizdə günəşin göyüzündə elə həmişə eyni yerdə dayandığını görəciyik.
Bəs yaxşı əyər təyyarəmiz günlərcə, və hətta həftələrcə eyni şəkildə uçabilsəydi? Eyni zamanda sonsuza qədər qala bilərdikmi?
Yox. Günün həmişə eyni saatını yaşayardıq yəni günlərcə saat 12:00-də günəşin dik olduğunu yerdə yaşayardıq. Amma beynəlxalq saat çizgisinə (şimal qütbündən cənub qütbünə Sakit Okeandan keçən bir çizgidir və Greenwich-ə görə dünyanın tam olaraq arxasından keçir) göre yenə saat 12.00 olduğundan bir gün artmış olacaq.Qısacası həmişə gündüzü yaşayıb saatı izləyərək eyni zamanı yaşamış olacayıq. Amma günlərin dəyişməsinə əngəl ola bilməyəcəyik.
23 Fev
Hə yenə şənbə-bazar günü gəldi. Ən sevdiyim günlərdi bu iki gün. Çünki kompyuterimnən ən çox vaxtımı bü iki gündə keçirirəm, geceləri də tez yatıram. Bu iki gündə çalışacam gözəl, maraqlı məlumatlar yerləşdirim Blogran-a. Birdən oturub fikirləşirəm, görəsən bu texnalogiyanın axırı necə olacaq? Çox istəyərdimki 100-illərlə yaşayım bu dünyada heç bir şey eləmiyim, elə təkcə qıraqdan dünyaya baxım, görüm daha necə icadlar olacaq, iş yoldaşım Xətai-nin sözü olmasın “Vaxt gələcək insan təsəvvür elədiyi şeyi yarada biləcək” İnsan çox şey fikirləşə bilir ama hal-hazırda fikirlərdəki şeylər heyatda yoxdu.
19 Fev
Həyatınızı internetsiz təsəvvür edə bilirsiniz? (sözüm internet xəstələrinə aiddir)
Yeni Şərhlər