“Müasir BLOG”
4 Mart
Bu gündən etibarən BLOGran-ı artıq bu stildə izləyə biləcəksiniz. BLOGran-da yeniliklər davam edir. Blog-da yeni bölmələr açmaq fikrim var. Elə bir bölmə açmaq istəyirəmki qerbətdə yaşayan həmyerlilərimizə həsr edilsin. Ancaq bir idea tapa bilmirəm. Ona görə də vətəndən uzaqda yaşayan həmyerlilərimizdən kömək gözləyirəm. Sizcə yeni bölməmizdə nədən bəhs edək? Mənim belə bir fikrim var. Həmvətənlilərimiz Azərbaycan Bayrağı altında şəkil çəkib öz şəkillərini göndərsin bizdə onun haqda BLOGran-da mövzu yazaq. Əyər başga bir ideası olan varsa şərhlərdə bildirsinlər.
2 Mart
19 Fevral 2008 gecəsi AzNet-ə göz açan BLOGran artık yüksəlişə keçib. Günü gündən ziyarətçilərin sayı artır. Bu gün ilk10 statistikasına baxanda gördüm ki BLOGran trendi yüksəlişə doğru gedir. BLOGran-a ölkəmizdən çox xarici ölkələrdən girən həmyerlilərimizdir. Xüsusilə Amerika Birləşmiş Ştatlarından daxil olan ziyarətçilərimiz çoxluq təşkil edir. Almaniya, Niderland, Yaponiya, Avstraliya, Finlandiya, Hindistan, Belçika, Litva, İran, Avstriya, Ukrayna ölkələrindən də BLOGran-ı ziyarət edənlər var. Onların hamısına çox çox minnətdarlığımı bildirirəm. Yüksəklik Azəri xalqına yaraşır. Yüksəl Azərbaycan Yüksəl
Hitlər üzrə TREND
1 Mart
Hə gəldim, 1 günlük aradan sonra yazmağa yenə maraqlı mövzular tapmışam. 1 günlük ara verməyimin səbəbi işimlə əlaqədar oldu. Başqa kompyüterdən BLOGran-ın admin panelinə giriş etmək istəmədiyim üçün xəbər yazmağada imkan yaranmadı. Bir söznən kompyüterimdən 1 gün ayrı qalmaq məcburiyyətində qaldım, BLOGran-da xəbərsiz qaldı. Amma yenə də burdayam də ölüm-itim olmayıb şükür allaha. Həyat davam edir.
28 Fev
Çoxdandı fikrimdəydi ki, BLOGran üçün bir dənə simvol hazırlayım, çox fikirləşdim amma bir nəticəsi olmadı. Sağ olsun Malik qardaşa bir zəngə hər şeyi həll elədi. Qəşəng BLOGran üçün bir dənə logo hazırladı, sonra da bu solda gördüyünüz simvolu hazırladı. Artıq BLOGran-ın da bir dənə simvolu var. Harda görsəniz bilinki BLOGran məhsuludu. Malik qardaşa da burdan sonsuz təşəkkürlərimi bildirirəm. Bir dənə də sloganı dəyişdirdim. Dedim elə get-gedə hamı müasirləşir qoy BLOGran-da müasirləşsin. Ona görə də slogan-da oldu "Müasir BLOG" Abadlaşdıraq də görək başımıza nə gəlir.
20 Fev
Artıq bu gündən etibarən Blogran-da yeni bir bölmə açıram. Bu bölmədə dünya ölkələri haqda məlumatlar yerləşdiriləcək. Və həmin ölkələrin Əhalisi, İqlimi, Cöğrafiyası, Mədəniyyəti və digər məlumatlar yerləşdiriləcək. Bu ölkələr haqda sizində fikirlərinizi bilmək çox maraqlı olardı. Onun üçün ölkələr haqda fikirlərinizi bilmək istəyərdim. Həftədə bir ölkə haqda yazı olacaq.
19 Fev
Bəli çox hörmət etdiyim, bir şəxsin böyük köməyi nəticəsində Blogran.com internet dünyasına göz açdı. Bu şəxs Nurlan Gurbanov-dur. Özünə çox çox minnətdarlığımı bildirirəm. Bir gün hörmətindən çıxarıq inşallah. Bəli Blogran-da nələr olacaq? Blogranda internet aləmində gündəlik, həftəlik, və aylıq baş verən yeniliklər öz əksini tapacaq. Bu xəbərləri olduqca operatıv olaraq sizlərə çatdırmağa çalışacayıq əlbəttəki. Blogran yenidir və tezliklə Bloglar arasında özünə layiqli yer tutacağına inanaraq bu yola çıxdıq. Ümidvarıqki yanılmarıq. Bizi nəzərdən qaçırmayın.
Yeni Şərhlər