bayraq Hə dünən Azərbaycanın dilbər güşələrindən olan Bərdə şəhərində idim. Orda maraqlı faktlardan birinin şahidi oldum. Deməli Bərdə şəhərində 1-2 manatlıq Bakcell danişiq kartı və 2 manatlıq Simsim danışıq kartı demək olar ki satılmır. Çünki hər kəs qarşısına bir E-lan yazıb yapışdırıb 200 kontur 50 qəpik 400 kontur 1 manat. Hamı bir birinə kontur yollayır. Çünki 1 manatlıq cin kartda 300 kontur olur amma 1 manat verirsən sənə 400 kontur yollayır. Sərf eliyir dəə. Hər halda Bakcell bir gün bunu nəzərə alar. Hə Dəmir yol vağzalında telfonumun zaryatkası qutardı dedim qaqa bəs telfonumu necə zaryatkaya qoyum? Adaptor da varım idi dedi ki işıqımnan istifadə edəcəksən pul yazacaq pulunu ver qoy. Nə qədər soruşanda ? nə az nə çox 1 manat. Hər halda Bərdə camaatı necə deyərlər daşdan da pul çıxardır. Qazancın haradan gələcəyi önəmli deyil əsas odur ki onu qazana biləsən. Şəhərdən kəndə keçəndə elə bil ki cavan gənclərin quyusuna bir daş atmısan. Retki retki cavan insana rast gələrsən. Soruşanda bəs bu kəndin gəncləri hardadı? Cavab: Ya Rusyetdə yada Bakıya çörək pulu dalınca gediblər. Bax bu heç xoşuma gəlmədi. Şəhərin mərkəzində abadlaşdırma işləri gedir, tikintilər başlayıb. Yəqinki oranı da yenidən qururlar. Maraqlı mənzərələr var idi amma fotoaparatın adaptırı evdə qaldığından şəkil çəkməyə imkan olmadı. İnşallah gələn səfərlərdə şəkillər də çəkərəm.