Blogran

“Müasir BLOG”

Archive for the ‘Yenilənən Xəbərlər’ Category

İşlərim yoğunlaşıb.

Bir neçə gün olarki BLOGran yazı üzünə həsrətdir. Buna səbəb işlərimin yoğun olmasıdı. Başımı sakitləşdirib BLOGran-a yazı yazmağa imkan olmayıb. Bir iki günə hər şeyi qaydasına qoyacam. Darıxma BLOGran hər şey yaxşı olacaq. :)

İmza: Elvin

11.jpg

2015-ci ildə inşaası tamamlanacaq olan bu qüllədə 1 milyona yaxın insan ev sahibi olacaq. 250 mərtəbəsi olan bu binada tenis zalı, stadion, bovling zalı, və bir necə dəyişik sahələr olacaq.  Popularchitecture firması işi öz öhdsinə götürüb. Orda bir evim olmasını istəyərdim.

(more…)

Azərcellin endirim zonası

airport"Azercell Telekom" şirkəti növbəti bir ilkə imza ataraq Azərbaycanda ilk dəfə olaraq "Ekskyüziv endirim zonası" endirim kampaniyasını həyata keçirir. Bu kampaniya dövründə bütün Azercell abonentləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində (AEROP1,AEROP2,AEROP3,ARIND1 radio-baza stansiyaları ərazisində) ölkədaxili tariflərlə dünyanın istənilən istiqamətində zənglər etmək imkanı əldə edir.
"Ekskyüziv endirim zonası" kampaniyasının əsas məqsədi Azərbaycanın hava məkanından giriş-çıxışı olan limanının ərazisində Azercell abonentlərinə daha rahat və intensiv ünsiyyətdə olması üçün sərfəli şərait yaratmaqdır.
Martın 19-dan başlayan kampaniya iyunun 30-na qədər davam edəcək. Kampaniya müddətində hava limanından "Azercell" abonentinin etdiyi zəng (peyk operatorları xaric) onun tarif paketinə uyğun, adi ölkədaxili - şəbəkə xarici zəng kimi qiymətləndiriləcək.

Qanaq: www.azercell.com

novruz.jpgİlk oncə butun dunya Azərbaycanlıları başda olmaqla butun Novruz Bayramını qeyd edən olkələrin Bayramını Təbrik Edirəm. Necə belə bayramlara cıxasınız. Sizə urəyinizdəki arzulara catmağınızı arzulayıram. Gozəl bayramdı bu bayram. Bu gun işə gələndə nədənsə hər kəsin uzundə bayram təbəssumu gordum. Hamı gülür, hamı sevinirdi. Əsl Azərbaycan xalqına elə bu yaraşır. Amma bir tərəfdəndə 20% torpağı işğal altında olan millətə bu yaraşırmı? Elə əsas sual buradan doğur. Sevinənləri, gülənləri fikirləşərkən bir də düşünmək lazımdır ki, 20 yaşında, həyatının Bahar çağını yaşayan cavan, hələ həyatı yeni-yeni dərk etməyə başlayan ŞƏHİD dьşən əsgərlərimizin ailələri necə keçirir bu bayramı? Onlara dayaq, onlara dəstək olan varmi görəsən? Allah onlara kömək olsun. Hər il deyildiyi kimi bu il də ən-ənələri pozmaq istəmirəm. O GÜN OLSUN, GƏLƏN İL BU VAXT NOVRUZ BAYRAMIMIZI DOĞMA QARABAĞ TORPAQLARINDA KEÇİRƏK. Orda bayram bir başqa olur.
Bir tərəfdəndə belə qiymətlərin lap tavan vurduğu bir zamanda bayram keзirmək nə qədər зətindir hamımız bilirik. Keçmiş yazılarımı oxuyanlar Yenə Bayram Yenə Kasıbların Qara Günü yazımı da oxumuş olarlar. Bu gündə yenə həmin vəziyyətdir. Rusların sözü olmasın vallah qiymətlər DVAYNOY qalxıbdır. Təsəvvür edin ki aylıq maaşı 150 manat olan adam üçün bu nə deməkdir. Fikirləşin görün bir Bayram Xonçası hazırlamaq üçün bu maaş yetərlidirmi? Dolların dəyərdən düşdüyü, Euro-nun, Qızılın yüksəldiyi bir zamanda hər kəsə ALLAH SƏBR VERSİN deyirəm. Bayramınız Mübarək

ilk10.az-i dizaynı dağılıb

Безымянный

ilk10.az-ın bu gün saat 11:51-dəki dağılmış dizaynı

Şəkilin üstünə vuraraq böyüdüb baxa bilərsiniz.

 

123419.jpg

Online reklam sektorunda məhşur olan DoubleClick   şirkətini də Google aldı. Allah xeyir versin  vallah bele getsə Google-nin axırı hara gedəcək bilmirəm.  :) Google CEO’su Eric Schmidt’in açıqlaması: Google-nin DoubleClick-i  almasl prosesi bitməsinə görə hələ də həyacanlıyıq. Bunun sayəsidə texnalogiyada yenilikləri bazara rahat şəkildə çıxara biləcəyik.

Xəbərin ADI

Xəbər Name = Loru dildə desək xəbərin adı. Aznet-də deyərdimki həyata keçirilən ən gözəl layihədir. (mənə görə). Artıq Aznet-də gedən praseslər bunu deməyə imkan yaradır ki Aznet-də inkişaf trendi yüksəlir. BLOGran-ın daimi izləyiciləri mənimlə razılaşacaqlar. Çünki bu sözü mən çoxdan demişəm. (Azərbaycan internetini xəyal etdiyim səviyyədə görəcəm. Buna adım kimi inanıram) Bəli keçək mətləbə. Aznet-in inkişafında böyük layihələrlə dəstək olan ElimizOnline İT Group-u yeni bir İlk-ə imza atdı. Bax buna deyərdim Aznet-də bir ilk. Həqiqətəndə belədir. Xebername.com Bu layihə hazır olandan bəri mənim xəbərim var. Artıq üzvü-də olmuşam o saytın. Sayt haqqında çoxdan yazmaq fikrində idim. Ancaq gözlədim görüm məndən öncə yazanlar nə deyəcək. Həmdə şəxsi işlərimə görə internetdən az istifadə edirdim ona görə imkan yaranmırdı. Bəli bir çox saytlarda Blog-larda Xəbərname haqqında yazılar gördüm. Bir-ikisini deyəcəm. Nurlan öz blogunda ətraflı yazı yazıbdi bu haqda, Oxchu-da o yazıya sitat gətirib. Yazını ətraflı oxudum. Ancaq kiçik bir səhfə yol verib Nurlan, Oxchu-da onu gözdən qaçırıb.

“2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.

3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.

4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək “

Deməli səhv nədədir? (Sözün düzü mən buna səhv deməzim bəlkə Nurlanın istifadəçilərin verəcəkləri xallara ehtiyacı yoxdur. :) )

Nurlan XəbərName elə bir sistemdir ki, burada sən ora əlave etdiyin xəbərlərə şərhlər, xəbəri əlavə edən istifadəçiyə isə xallar verilir. Lakin o istifadəçi öz saytında və ya blogunda yayımladığı xəbərləri XəbərName-yə əlavə edərkən isə ona mənfi xallar veriləcək digər istifadəçilər tərəfindən. Çünki deyəcəklər əşşi bu da öz saytını və ya blogunu reklam eliyir burda. Bu bildiyim qədər Digg.com-da da belədir. Çünki sən öz yazdığın xəbərin axırında xəbərname-nin logosunu yerləşdirmisən. Bu o deməkdirki sənin yazdığın xəbər kimisə xoşuna gəlsə o xəbəri həmin istifadəçi xəbərname-də xal qazanmaq üçün oraya əlavə edəcək. Ancaq sənin dediyin haqda xəbərnamenin yardım, istifadə şərtləri və ya haqqında bölməsində heç toxunulmayıb. Ola bilərki sən onu hardansa gözdən qaçırmısan. Çünki məndə elə səhvə yol vermişəm. Xəbərname açılan günü qeydiyyat olandan sonra ilk öz xəbərlərimi əlavə etdim ora amma xəbərname haqqında çoxlu məlumat toplayandan sonra isə gördümki səhv etmişəm. Artıq gözləyirəmki kimsə mənim yazdıqlarımı xəbərname-yə əlavə etsin. Xəbərlərim dəyər qazansın.

Xəbərname haqqında yazılası çox şey olacaq yaxın gələcəkdə. Hələ bunun səsi çox çıxacaq. Mən istəyərdimki bütün Blog və ya Sayt yazarları Xəbərname-yə üzv olsunlar. Çünki bu həm də sizin uğurunuzdur.

Və sonda ElimizOnline İT qrupuna dərin minnətdarlığımı bildirirəmki belə bir möhtəşəm layihə hazırlayıblar bizim üçün. Gələcək işlərində də uğurlar arzulayıram sizə. Yeni layihələrinizi səbirsizliklə gözləyirik. Bu El bizim Elimizdir.

Çin-də Hong Kong, Macau və Zhuhai şəhərlərini birbirinə bağlayan 29 km uzunluğunda körpü tikiləcək.

Körpü inşaatının şəhərin hava limanının yerləşdiyi Lantau-dan başlanacağı, "Y" şəklində olacağı bildirilir. Körpünün inşaatının 5 ildə tamamlanacağı və 5 milyard dollar sərf ediləcəyi bildirilib.

Körpünün necə olacağı haqda Discovery bir çarx hazırlayıb. 5 hissədən ibarət olan  bu çarx-a buradan baxa bilərsiniz

korpu

10c_stairs_up_inv İndi deyəcəksiniz ki Elvin bayramın günü bu nə söhbətdi eliyirsən? Amma çox lazımlı söhbətdi vallah. Diqqətnən oxuyun. Bu gün çixmışdım şəhərə. Hamı kimi məndə bir 8 mart hədiyyəsi almalıydım. Onu deyimki gül dükanına girmək mümkün deyildi. Amma inad edib girmək istədim. Girməz olaydım. Qiymətlər adamın başından tüstü çıxardırdı. 5 manatlıq gül = 10 manat. 2 manatlıq gül = 5 manat. Bir söznən kiçik bir gül buketi almaq üçün ən azı 20 manatın olmalıdı. Bəzi iş yerlərində maaş 80-100 manat olduğunu nəzərə alsaq fikirləşin də o adamın bayram sevincini. Allah haqqı adam ölmək istəyir. Söhbət o 3-4 manatdan getmir ee, indi mənim imkanın çatdı kiçir bir buket düzəltdirə bildim, bəs imkanlaı çatmıyanlar? Onlar neynəsin? Onların gül buketi almağa haqları yoxdurmu? Bayramdı deyə sevinirik. Amma söhbət hədiyyə almağa gələndə bax onda……. Gözəl olmazdı ki bayram olanda qiymətlər qalxmaq əvəzinə aşağı düşsəydi? Yaxşı xeyir götürməzsə heç olmasa qalxmasın dəə elə olduğu kimi qalsın. Hələ qabaxdan Novruz Bayramı gəlir. Elə onda olacaqlı onda yazacam. Allah axırını xeyir eləsin demirəm belə getsə burda xeyir olası bir şey yoxdu vallah.

8mart 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Bütün Azərbayncalı qadınlarımızı səmimi qəlbdən təbrik edirəm. Bir qadına ən gözəl arzulanan arzuları arzulayıram sizə. Neçə belə bayramlar keçirəsiniz əziz qadınlarımız. Siz ən gözəl həyat tərzinə layiqsiniz. Allah sizləri xoşbəxt etsin. Həmişə uğur sizinlə olsun.

Təqvim

İyul 2008
«    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Xəbərin adı

Qaynaqlar