Blogran

“Müasir BLOG”

NOKIA N99

123411

Nokia-nın yeni məhsullarından və son modeli olan Nokia N99 xüsusiyyətləri insanı hıyacana salır. Telefon 8 megapiksel kamera, 16 GB yaddaşa sahib bir texnalojik kompyuterdir elə bil. Hələ dizayn üstündə işlər gedir. Bazara çıxmadığı üçün tam qiymət deyilməyib. İnşallah satışa çıxarılandan sonra hamımız bu telefonun qiymətini biləcəyik. İnşallah almağa gücümüz imkanımız çatar.

  • 63 Comments
  • Yazılıb: Mobil
  • Yazını "XəbərNamə"yə göndər!

    Yenə kasıbların qara günü! Bayram

    10c_stairs_up_inv İndi deyəcəksiniz ki Elvin bayramın günü bu nə söhbətdi eliyirsən? Amma çox lazımlı söhbətdi vallah. Diqqətnən oxuyun. Bu gün çixmışdım şəhərə. Hamı kimi məndə bir 8 mart hədiyyəsi almalıydım. Onu deyimki gül dükanına girmək mümkün deyildi. Amma inad edib girmək istədim. Girməz olaydım. Qiymətlər adamın başından tüstü çıxardırdı. 5 manatlıq gül = 10 manat. 2 manatlıq gül = 5 manat. Bir söznən kiçik bir gül buketi almaq üçün ən azı 20 manatın olmalıdı. Bəzi iş yerlərində maaş 80-100 manat olduğunu nəzərə alsaq fikirləşin də o adamın bayram sevincini. Allah haqqı adam ölmək istəyir. Söhbət o 3-4 manatdan getmir ee, indi mənim imkanın çatdı kiçir bir buket düzəltdirə bildim, bəs imkanlaı çatmıyanlar? Onlar neynəsin? Onların gül buketi almağa haqları yoxdurmu? Bayramdı deyə sevinirik. Amma söhbət hədiyyə almağa gələndə bax onda……. Gözəl olmazdı ki bayram olanda qiymətlər qalxmaq əvəzinə aşağı düşsəydi? Yaxşı xeyir götürməzsə heç olmasa qalxmasın dəə elə olduğu kimi qalsın. Hələ qabaxdan Novruz Bayramı gəlir. Elə onda olacaqlı onda yazacam. Allah axırını xeyir eləsin demirəm belə getsə burda xeyir olası bir şey yoxdu vallah.

    8mart 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Bütün Azərbayncalı qadınlarımızı səmimi qəlbdən təbrik edirəm. Bir qadına ən gözəl arzulanan arzuları arzulayıram sizə. Neçə belə bayramlar keçirəsiniz əziz qadınlarımız. Siz ən gözəl həyat tərzinə layiqsiniz. Allah sizləri xoşbəxt etsin. Həmişə uğur sizinlə olsun.

    Aldadıcı reklam rəqabəti

    • Faizsiz
    • Komisyon ödəmədən
    • İlkin ödənişsiz
    • 15 dəqiqəyə
    • Banka getmədən
    • Yalnız şəxsiyyət vəsiqəsi ilə
    • Sərfəli qiymət
    • 18 aydan 24 aya qədər

    Keçək davamına bunların hamısnın nə anlama gəldiyini mən deyim sizə.

    Davamını oxu »

    firefoxFutbol variant verənlərin nəzərinə.  

    60 ölkə 190 liga, kubok və yoldaşlıq oyunlarını Firefox toolbarına yükləyəcəyiniz bu kiçik programla rahat izləyə biləcəksiniz. 60 ölkə arasında Azərbaycan ligasıda mövcuddur. Olduqca tələb olan bu programı buradan yükləyə bilərsiniz. Yükləyəndən sonra status barda canlı nəticələri görə biləcəksiniz….

    Fənərbaxça tarix yazdı

    fener.jpgDünən İspaniyada oynanan Çempionlar Ligası oyunu Fənərbaxça üçün tarixi bir oyun oldu. Seviliya kimi güçlü rəqibi penalti vuruşları ilə keçən Fənərbaxça Türkiyədə çox danışılacaq. Hədəf Çempoinlar ligası kubokudur. Əlbəttəki bu tək Türkiyənin uğuru deyil Bütün Türk dünyasının uğurudur. Fənərbaxça sübut etdiki o Türkiyə kubokunu istəsə ala bilər. Fənərbaxça çox güclüdür bu il. Allah axırını xeyir eləsin. uğurlar sənə Fənərbaxça..

  • 1 Comment
  • Yazılıb: Sport
  • Yazını "XəbərNamə"yə göndər!

    bentchamb2 İndiyə kimi Misir Pramidalarını ancaq çoldən şəkilini görmüşüdük. Onların içində nə olduğu təbii ki hamı üçün maraqlıdı. Burada Misir pramidalarının içindəki gizli yolları görə bilərsiniz. Həqiqətəndə çox maraqlıdı adam orda olmaq istəyir. Bəs sizin bunlar haqqında bildikləriniz var?

    IMG_6425 Günlərdir həsrətlə yolunu gözlədiyimiz Explorer jurnalı artıq işıq üzü gördü. 90 səhifədən ibarət olan bu jurnalda kompyüter haqqında bir sıra məqalələr dərc edilib.

    Jurnalın baş redaktoru Baba Əliyev: “Əlbəttə, ilk sayımız olması etibarı ilə çox böyük professionallıq göstərməyimiz gözlənilən deyil. Biz bu yola çıxmazdan əvvəl bu sahədə öz sözünü demiş xarici jurnalların keçdiyi yola nəzər saldıq, onların təcrübəsindən bəhrələndik. Araşdırmalarımız bizə göstərdi ki, heç bir jurnal işə başladığı ilk gündən qeyri-adi bir şey sərgiləməyib. Ancaq onlar səbr və əzmkarlıq nümayiş etdirərək çalışmaları, bu gün bütün dünyada oxunub tanınmalarına gətirib çıxarıb.”

    Davamını oxu »

    Google sözünün mənası nədi?

    Hələ indiyə kimi çox yerdə görmüşəm bu sualı amma hələ qaneedici bir cavab verən görməmişəm ona görə də bu sualı BLOGran istifadəçilərinə ünvanlayıram sizin fikrinizcə Google sözünün mənası nə deməkdir? Yəni hərflər hansı sözləri ifadə edir?

  • 2 Comments
  • Yazılıb: Google
  • Yazını "XəbərNamə"yə göndər!

    Corc Bush-un mail adresi

    corcbush Corc Bush dayının mail adresini görmüşdünüz? İndi verəcəm görün amma heç kimə deməyin haaa. Görün Corc dayı kimlərlə nə söhbətlər edirmiş. Ay səni Corc dayı. Yerə baxan ürək yaxan buna deyərlər ee. Buraya tıklayaraq mail adresinə gedə bilərsiniz. 

    Təqvim

    İyul 2008
    «    
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031  

    Xəbərin adı

    Qaynaqlar