“Müasir BLOG”
11
Amerika Prezidentləri Lincoln və Kennedy-in oxşar həyatları. Təsadüfün bu qədərini ancaq hekayələrdə oxuyardıq. Amma aşağıda sadalayacaqlarım gerçək həyatda baş vermişdir. Diqqətlə oxuyaq.
Və bu qədər təsadüfün səbəbi nədir?
Bax bu hələdə sual olaraq qalır…….
4
Deyirəm Rəşadın sözü olmasın görəsən bu şerif bu günləri görsəydi necə olardı. Xatırladım ki şəkildəki söhbət 1922-ci ilə aiddir. Dənizə qızların yupkalarına limit qoyurlarmış. .. . .. .
3
Bir neçə gün olarki BLOGran yazı üzünə həsrətdir. Buna səbəb işlərimin yoğun olmasıdı. Başımı sakitləşdirib BLOGran-a yazı yazmağa imkan olmayıb. Bir iki günə hər şeyi qaydasına qoyacam. Darıxma BLOGran hər şey yaxşı olacaq.
İmza: Elvin
30 Mart
2015-ci ildə inşaası tamamlanacaq olan bu qüllədə 1 milyona yaxın insan ev sahibi olacaq. 250 mərtəbəsi olan bu binada tenis zalı, stadion, bovling zalı, və bir necə dəyişik sahələr olacaq. Popularchitecture firması işi öz öhdsinə götürüb. Orda bir evim olmasını istəyərdim.
30 Mart

Adam belə olmaq da istəyi olmamaqda istəyir. Olmaq ona görə ki, bütün dünya sənnən danışır məhşur olursan. Olmamaq………. Day orasını da siz deyin. Görüm niyə olmaq istəməzsiniz?
30 Mart

Məhz Almanlar dünyanın necə dəyişdiyini bu cür isbat edirlər. Bundan sonrası mənimçündə maraqlıdır.
29 Mart
27 Mart
Demək olarki gün ərzində dəfələrlə telefona cavab verəndə ALO deyirik. ALO sözü sən demə bir sevgilinin qısaldılmış adı imiş. Onun tam isə Allesandra Lolita Oswaldo-dur. Bu sevimli gənc qız telefonu icad edən A.Graham Bell-in sevgilisiydi. Graham Bell telefonu icad edərkən ilk xətti sevgilisinin evinə çəkmişdi. Öz atelyesində telefon zəng çalanda açar açmaz “Allesandra Lolita Aswaldo” deyirdi. Bell, zaman zaman sevgilisinə adını qısaldaraq xitab etməyə başladı və telefonu hər açışında onu “Ale Lolos” deyə qarşılardı. İşləri uzadıqca Graham Bell, sevgilisinin adını daha da qısaltdı və ona iki hecalı bir ad tapdı. Bu qısa ad “ALO” idi. Allesandra Lolita Oswaldo görübki sevgilisinin telefonu bütün dünyaya yaymaq istəyi ilə onunla az maraqlandığını görərək Graham Bell-i telefonu ilə baş-başa buraxaraq tərk etdi. Qoca Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə telefonunun başından heç ayrılmadı. Kəndə çəkilən telefon xətlərinin sayısı gün keçdikcə artırdı. Graham Bell-ə artıq başqa adamlarda zəng edirdi. Ancaq o telefonun hər zəng çalışında sevgilisi zənn edərək telefonu “ALO” deyərək açırdı. Və artıq hamı “ALO” deyirdi. O günlərdə demək olarki hamı telefonu açanda Alexader Graham Bell-in xatirəsinə hörmət üçün “ALO” deməyə başladı. Bu gün hamımızın “ALO” dediyi sözlüyü bax buradan bu günə uzanır.
26 Mart
Hə dünən Azərbaycanın dilbər güşələrindən olan Bərdə şəhərində idim. Orda maraqlı faktlardan birinin şahidi oldum. Deməli Bərdə şəhərində 1-2 manatlıq Bakcell danişiq kartı və 2 manatlıq Simsim danışıq kartı demək olar ki satılmır. Çünki hər kəs qarşısına bir E-lan yazıb yapışdırıb 200 kontur 50 qəpik 400 kontur 1 manat. Hamı bir birinə kontur yollayır. Çünki 1 manatlıq cin kartda 300 kontur olur amma 1 manat verirsən sənə 400 kontur yollayır. Sərf eliyir dəə. Hər halda Bakcell bir gün bunu nəzərə alar. Hə Dəmir yol vağzalında telfonumun zaryatkası qutardı dedim qaqa bəs telfonumu necə zaryatkaya qoyum? Adaptor da varım idi dedi ki işıqımnan istifadə edəcəksən pul yazacaq pulunu ver qoy. Nə qədər soruşanda ? nə az nə çox 1 manat. Hər halda Bərdə camaatı necə deyərlər daşdan da pul çıxardır. Qazancın haradan gələcəyi önəmli deyil əsas odur ki onu qazana biləsən. Şəhərdən kəndə keçəndə elə bil ki cavan gənclərin quyusuna bir daş atmısan. Retki retki cavan insana rast gələrsən. Soruşanda bəs bu kəndin gəncləri hardadı? Cavab: Ya Rusyetdə yada Bakıya çörək pulu dalınca gediblər. Bax bu heç xoşuma gəlmədi. Şəhərin mərkəzində abadlaşdırma işləri gedir, tikintilər başlayıb. Yəqinki oranı da yenidən qururlar. Maraqlı mənzərələr var idi amma fotoaparatın adaptırı evdə qaldığından şəkil çəkməyə imkan olmadı. İnşallah gələn səfərlərdə şəkillər də çəkərəm.
24 Mart
Qaynaq: www.bilgiservisim.com
Yeni Şərhlər